"Hər iki bacımdan imtina etmişəm" - Sevda Əliqızı

"Hər iki bacımdan imtina etmişəm" - Sevda Əliqızı
MAQAZİN
18:25 27.02.2025
607
Əməkdar artist Sevda Əliqizı "Etiraf” verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, sənətçi ailə üzvlərinin ona gəlir mənbəyi kimi baxmaqlarından gileylənib.

Sənətçi, elə bu səbəbdən hər iki bacısı ilə münasibətlərinə son qoyduğunu açıqlayıb:

"Elə bilirdim ki, ailə üzvlərim məni həqiqətən də sevirlər, istəyirlər, qədrimi bilirlər. Amma görünür ki, bu belə deyil. Bu günə kimi bunu başa düşməmişdim. Bunu onkoloji xəstəliyə düçar olandan sonra anladım. Şükürlər olsun ki, müalicələrimi alıram və hər şey normaldır. Mən çox yaxın qohumlarımla incikli oldum. Demək olar ki, onları həyatımdan sildim. Mənim qardaşım yoxdur. İki bacım var. Bəli, etiraf edirəm ki, mən iki bacımı həyatımdan sildim. Onlardan imtina elədim. Bunu çəkinmədən deyirəm, qoy bu sözlərimi onlar eşitsinlər və bilsinlər. Artıq həyatda göydə Allahım yerdə isə anam var. Həmişə demişəm ki, mənim üçün birinci ailədir. Amma əfsuslar olsun ki, ailəm bunu nədənsə başa düşmədi. Elə bildilər ki, bu xəstəliyə tutulduqdan sonra mən çökdüm, düşdüm və qaldım ayaq altında. Heç vaxt! Sevda ayaq altında qalan deyil. Elə sizin acığınıza mən günü gündən yüksələcəyəm!"
 
Aysel
OXŞAR XƏBƏRLƏR