AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Vətəndaşlarin Əmək Hüquqlarini Müdafiə Liqasinin İcraiyyə Komitəsinin Sədri Sahib Məmmədov deyir ki, mövcud qaydalara əsasən, əgər vəfat edən valideynlərin rəsmi iş stajı və sosial sığorta ödənişləri yoxdursa, bu halda əmək pensiyası deyil, sosial müavinət təyin olunur.
Burada söhbət təkcə pensiyadan getmir. Valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı ayrıca qanunvericilik bazası da var. Həmin şəxslər təhsil haqqından azad olunur, təhsil dövründə müxtəlif ödəniş və müavinətlərlə təmin edilir, həmçinin əmək və əmlak məsələlərində bir sıra güzəştlərdən yararlana bilirlər.









































