Hər kəs bu adamdan danışır: 2 milyardı zibilliyə atdı

Hər kəs bu adamdan danışır: 2 milyardı zibilliyə atdı
DÜNYA
15:06 23.01.2023
286

Son zamanlar gündəmdə olan kripto pul və "bitcoin” mövzusuna dair müzakirələr dayanmır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Uelsdə yaşayan James Howellsin adlı şəxsin xarici yaddaşda saxladığı təxminən 2 milyard TL-lik "bitcoin”in taleyi hər kəsi təəccübləndirib.

2013-cü ildə sevgilisi ilə evini təmizləyərkən bəzi "nəşrləri” çölə atan 37 yaşlı Howells bir müddət sonra anlayıb ki, sahib olduğu şeylər arasında milyonlarla dollar dəyərində bitkoinlər olan disk zibilliyə atılıb.

Xarici yaddaşı atdığını çox gec anlayan şəxs mövzu ilə bağlı İngiltərə mediasına danışıb.

O, atdığı "bitcoin”in o vaxt 1 milyon dollar dəyərində olduğunu başa düşüb. Onun sözlərinə görə qiymət indi ucuzlaşıb.

"Bir vaxtlar bu kriptovalyuta yarım milyard dollar dəyərində idi. Hal-hazırda isə onun qiymət 130 milyon dollardır. Ona görə də bu, məni çox narahat etmir. Çox düşünsəm, dəli olaram”.

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR