Hər kəs Razi Nurullayevin Milli Məclisdəki bu çıxışından danışır - VİDEO

SOSİAL
17:25 05.08.2020
16488
 
 
"Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. "Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb” deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy, bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən Operativ Qərargahın bəzi nümayəndələri bizi "xoxanla” qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”

AZXEBER.COM xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, Operativ Qərargah və TƏBİB-i dinləyəndə qorxu filmlərinə şükür edilir:

"Bəsdir millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməli və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver. Ver aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparım bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim, millət necə tarac olur-olsun nə işim var. Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib özünü qoyub Himalay dağının başına. Amma, bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur. Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz? Sizlər ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu, bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram, bir də mənə söz deməyə imkan verən hörmətli xanım sədrə təşəkkür edirəm”.

R.Nurullayev qeyd edib ki, büdcədən oğurlamalar, şişirtmələr, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir:

"Suverenliyin rəmzi dövlət başçısı olduğuna görə həm də birbaşa ona yönələn sabotajdır. Görün, Milli Şura təmsilçiləri nə deyir? Onlar öz dilləri ilə deyir ki, xalq pis günə qalsın, daha pis yaşasın, virus daha çox adam öldürsün, çoxluq yardım almasın və hökumətdən narazı qalıb küçəyə çıxsın, Bakı küçələri qana boyansın və onlar hakimiyyətə gəlsinlər. Hökumətin içində olan "beşinci kolon”, vəzifəsindən sui-istifadə edənlər, büdcəni oğurlayanlar və bizim pullarımızla özlərinə və övladlarına biznes imperiyası yaradanlar da Milli Şurada oturanların tərəfdaşlarıdır. 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənməyib? Bilirsiniz ki, nə qədər insan xəstəxanalara müraciət etmir?
 
Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var. Qəşəng varlanırlar, qəşəng pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”.
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:28 31.10.2020

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edildi - Video

16:26 31.10.2020

“Bu gün ermənilər rayonlarımıza 300-dən artıq mərmi atıb”

16:25 31.10.2020

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur

16:12 31.10.2020

"Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir"

15:53 31.10.2020

Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi

15:42 31.10.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı

15:24 31.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

14:57 31.10.2020

Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub

14:54 31.10.2020

İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"

14:52 31.10.2020

Hikmət Hacıyev: "Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir"

14:41 31.10.2020

Hikmət Hacıyev: “Düşmənin mövqelərimizə davamlı olaraq atəş açması dözülməzdir”

14:24 31.10.2020

Qarabağda döyüşməkdən imtina edən erməni əsgəri ayağından güllələnərək ölümə tərk edilib - VİDEO

13:54 31.10.2020

Prezidentin Almaniya televiziyasına müsahibəsinin - TAM MƏTNİ

13:40 31.10.2020

"Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır"

13:35 31.10.2020

"Ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün kilsəyə özləri ziyan vurub"

13:23 31.10.2020

İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"