Hər kəsə bəlli olan həqiqət və ya yaşatdığını yaşamadan ölməzsən… - Hacıbəy Heydərli yazır

Hər kəsə bəlli olan həqiqət və ya yaşatdığını yaşamadan ölməzsən… - Hacıbəy Heydərli yazır
SİYASƏT
23:24 03.12.2025
401
Hər kəsə bəlli olan həqiqət və ya yaşatdığını yaşamadan ölməzsən…

2012-2013-cü ililər Azərbaycan üçün həm daxildə, həm də xaricdə siyasi aktivliyin pik həddə olduğu dövr idi. 2013-cü ildə prezident seçkiləri keçiriləcəkdi və bu fon müxtəlif siyasi qrupların mövqelərini gücləndirmək cəhdlərini artırırdı. 

Təkcə Rusiyadan deyil, Qərbdən də ölkəmizə saysız-hesabsız hücumlar olurdu, "facebook” söyüşçül gənclərin (xüsusən NİDA Gənclər Hərəkatı) tribunası çevrilmişdi, hakimiyyəti müdafiə edən şəxslər ən ağır təhqir və təhdidlərə məruz qalırdı. Uzaq keçmiş olmadığına görə siyasi mövqeyimizə görə hansı hücumlara məruz qaldığımızı çoxları xatırlayar. 

Daha sonra həmin gənclərin çoxu səhvini anladı, xaricdən qrant aldıqları məlum oldu, bəziləri siyasi arenadan getdi, bir neçəsi cinsiyyətini dəyişdi, bəziləri xarici ölkələrə köçdü, bəziləri hələ də siyasi fəaliyyətlərini davam etdirirlər. Onlarla müxalifətin ən radikal tribunlarında debata çıxan biri və hər zaman demokratik müstəvidə sağlam diskussiyanın tərəfdarı olduğuma görə heç vaxt söyüş və təhqir dili ilə danışmadım. Çünki hər kəs sosial mediada öz ailə tərbiyəsini geniş kütləyə çatdırır. 

Bütün bunların fonunda 2012-ci ilin sonlarında Azərbaycanda Milyarderlər İttifaqı - rəsmi adıyla Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) yarandı. 

Qurumun üzvləri arasında Rusiyada yaşayan varlı azərbaycanlılar - biznesmenlər, oliqarxlar, ictimai xadimlər və s. vardı. Üzdə görünən məqsəd "Rusiyadakı azərbaycanlıların maraqlarını qorumaq”, onların birləşməsi və diasporun koordinasiyası idi.  

Əsl məqsəd isə Rusiyada yaşayan varlı azərbaycanlıları (milyarderləri) bir çətir altında birləşdirərək Azərbaycanın daxili siyasətinə təsir etmək və hakimiyyəti zorla ələ keçirmək idi. 

"Milyarderlər İttifaqı”nın 2013-cü il seçkiləri ərəfəsində qurulması heç də təsadüfi deyildi. Niyyət aydın idi: Rusiyada yaşayan milyarderlər maddi yardım göstərəcək, Azərbaycan daxilindəki müxalif qüvvələr də hakimiyyətə siyasi təzyiq edəcək və hakimiyyəti ələ keçirəcək. 

"Milyarderlər İttifaqı” qısa müddət ərzində mətbuatda ifşa olunduğuna və Rusiyanın planı olduğu üzə çıxdıqdan sonra özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıraraq yeni libasa büründü və yeni təşkilat yarandı. 

Bu qurum 2013-cü il prezident seçkiləri ərəfəsində müxalifət partiya və təşkilatlarını bir araya gətirmək üçün formalaşdırılmış geniş koalisiya idi. Milli Şuranın tərkibində olan əsas siyasi partiyalar isə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası idi. İlk sədri isə Milyarderlər İttifaqının parlayan ulduzu Rüstəm İbrahimbəyov oldu. Daha sonra o siyasətdən getdiyini açıqladı və Milli Şuranın sədri Cəmil Həsənli seçildi, parlayan simaları isə Əli Kərimli və Gültəkin Hacıbəyli oldu.

Elə bu 2 şəxsin son günlər Ramiz Mehdiyev ilə əlaqələrinin ortaya çıxması da təsadüfi deyil. Universitetdə adi müəllim olan Gültəkin Hacıbəylinin siyasətdə parlaması birbaşa Mehdiyevin hakimiyyətdə at oynatdığı dövrə təsadüf edir. Qərb Universitetində müəllim işləyən Hacıbəyli cəmi 27 yaşında ölkənin ən ali tribunasına - Milli Məclisə deputat seçilir. Bu baxımdan onun siyasi karyerasını 3 mərhələyə bölə bilərik: 

- Mehdiyevin xeyir-duası ilə Milli Məclisin deputatı olduğu 2000-2010-cu illər 
- Mehdiyevin diktəsi ilə müxalifətdə at oynatdığı illər (2013-2019)
- Mehdiyevdən sonrakı durğunluq dövrü - Blogerlik etdiyi dövrlər (2019-2025)

Müsahibəsində Ramiz Mehdiyevi "kristal” şəxs adlandıran Hacıbəyli bunun qarşılığını da artıqlaması ilə alıb. Bu günlərdə mediada yayımlanan xəbərdə sübut olundu ki, Mehdiyev ona Bakının mərkəzində 179 və 178 kvadrat metrlik 2 ev hədiyyə edib, eyni zamanda 2 dəfə də mandat sahibi olub. Sadiqlik o qədər güclü olub, daha sonra müxalifətə keçib, yenə də ona "işləyib”. 

Elə 2019-cu ildən sonra (Mehdiyevin işdən çıxdığı dövr) Milli Şuranın heç bir aksiya və mitinq keçirmədiyi də bir daha onu sübut edir ki, bu qüvvələrin hərəkətverici qüvvəsi məhz Gültəkin Hacıbəyli olub. Hakimiyyətə gəlmək üçün rəngdən rəngə bürünən, şeytanla belə əməkdaşlığa hazır olan Əli Kərimli elə bu yolla hakimiyyəti zorla ələ keçirməyə çalışıb. Bu günlərdə də bütün bunlar ifşa olundu. 

2025-ci ilə ilahi ədalətin təntənəsi ili də deyə bilərik. Bəlkə də Allah Ramiz Mehdiyevə 87 il ömrü ona görə verdi ki, etdiyi bütün cinayətlər və xəyanətlər üzə çıxsın. Həqiqətən də heç kim yaşatdığını yaşamadan bu dünyadan köçməzmiş…

P.S. Bəziləri bu tipli yazılara "yıxılana, baltalamazlar” prizmasından yanaşdığına görə, Milyarderlər İttifaqı və Milli Şura haqda və onların Rusiyanın "projesi” olduğu haqda 2013-cü ildə yazdığım məqalələri yazıya əlavə edirəm:
 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb