Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvana 2 günlük mediatur keçirilib.
Səfər zamanı Nuh Peyğəmbərin vətəni adlandırılan, tarix boyu bir çox dövlətlərin tərkibində olan, tarixin ən maraqlı və gərgin salnamalərənə şahidlik etmiş qədim Naxçıvanla yaxından tanışlıq baş tutdu. Naxçıvan nəinki Azərbaycanın, eləcə də dünyanın ən qədim şəhərlərindədir. Naxçıvan eyni zamanda Azərbaycanın yüksək perspektivlik turizm bölgəsi hesab olunur. Hər il istər qonşu dövlətlərdən, istərsə də dünyanın bir çox ölkələrindən bu diyarı ziyarətə gələnlər olur.
Gəzdiyimiz məkanlar arasında olan Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, "Nuh Peyğəmbərin məzarüstü türbəsi” və "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi kimi məkanlar keçmiş dövrü əyani olaraq göstərir.
Culfa rayonun Xanəgah kədində yerləşən "Əlincəqala” isə öz əzəməti ilə qonaqlarını heyran edir. Tarixdən bizə bəlli olan 14 il mübarizəyə dayanan qalaya qalxmaq üçün isə təxminən 1800-ə yaxın pilləkən dəf etməlisən.
Bu tarixi məkanı ifadə etmək üçün sözlər acizdir. Hər kəs bu diyarı azı bir dəfə ziyarət etməlidir, deyə düşünürəm.
AZXEBER.COM olaraq Naxçıvandan lentə aldığımız fotoları sizlərə təqdim edirik.
AYDIN NURİ
Ağbulaq Xizək mərkəzi
"Batabat" gölü
Naxçıvan şəhəri
"Əlincəqala"
"Möminə Xatun" Türbəsi
Dövlət Bayrağı Meydanı
Tarix memarlıq muzeyi