Hər kəsin qorxduğu hepatit xəstəliyi görün insanlara necə yoluxur?

SAĞLAMLIQ
00:01 14.07.2022
402
Hepatit ev heyvanlarından da keçə bilər. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 25 ştatda 100-dən çox uşaqda hepatit halları üzərində aparılan araşdırmanın "xəstəliyin ev heyvanlarından keçmə ehtimalını" araşdırdığını açıqlayıb.

CDC-nin yoluxucu xəstəliklər üzrə direktor müavini Dr. Jay Butler 5 uşağın öldüyü hepatit hadisələri ilə bağlı ştatların səhiyyə idarələri ilə birgə araşdırma apardıqlarını söyləyib.

Butler 2021-ci ilin oktyabrından bəri naməlum hepatitdən şikayət edən uşaqların 94 faizinin xəstəxanaya yerləşdirildiyini, 14 faizinin isə qaraciyər transplantasiyasına ehtiyac duyduğunu bildirib.

Xəstəliyə tutulan uşaqların əksəriyyətində halsızlıq, iştahsızlıq, qusma, ishal, qarın ağrısı, sidiyin qaralması, nəcisin açıq rəngdə olması, dəri və gözlərinin saralması kimi simptomların olduğu bildirilib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR