"Influencer Day Baku 2017" baş tutub

"Influencer Day Baku 2017" baş tutub
SOSİAL
17:06 03.10.2017
875
Hər kəsin səbirsizliklə gözlədiyi Influencer Day Baku tədbiri 2017-ci il 30 sentabr tarixində baş tutdu. Tədbir haqqında məlumatlar, şəkillər sürətlə bütün sosial mediaya yayıldı. 300 nəfərin qatıldığı Influencer Day Baku  ilk dəfə keçirilməsinə rəğmən, çox uğurlu keçdi və hər kəsdə uzun müddət yaddaşlardan silinməyəcək iz, maraqlı təəssüratlar qoydu. Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı, yeni biznes əlaqələrinin yaranmasına səbəb oldu.

Emin Vəli Sosial Era marketinqi haqqında,Vaqif Abbasov Keepface Influencer marketinqi haqqında, Elşad Yusifli isə Influencer və data analizi haqqında maraqlı çıxışlar etdi, daha sonra qonaqları maraqlandıran sualları cavablandırdılar.

 İrəlliləyə dəqiqələrdə isə panel müzakirəsi başladı. Moderator Khazar Ventures-in həmtəsisçisi Məmməd Kərim bəy, panel iştirakçıları isə Trade Mark Leo Burnett Azerbaijan-ın direktoru Abbas Fətullayev, Cavan.az layihəsinin marketinq direktoru Mehriban Həsənova, Azər Türk Bankın strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla Məmmədova, aktyor və ssenarist Erkin Ergin, "Offside” səhifəsinin admini Ruslan Mirzəliyev idi. Panel iştirakçıları influencer marketinq haqqında təcrübələrini, Keepface influencer platforması haqqında təəssüratlarını bölüşdülər.
 
Nəhayət, hamının gözlədiyi influencerlərin mükafatlandırılması anı gəlib çatdı. İlk öncə onu qeyd edək ki, Keepface heyəti mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, influencerlik fəaliyyətində yeni olan şəxslərə üstünlük verdi. 

Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov ,dəb sahəsində maraqlı,faydalı bloq yazıları yazan  - Şəbnəm Mahmudlu, makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva, faydalı videolarına həvəslə, sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev, cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən  - Həmid Həmidli, elmi-İntellektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə, dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, zirvələri sözün əsl mənasında fəth edən-Baba Ağayev, mütəmadi bloq yazıları ilə maarifləndirici tövsiyyələr verən - İlham Əli Yusif ,iştahımızı artıran, paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı, həftə sonlarını xüsusi menuları ilə dadlandıran - Aygün İsmayılzadə, öyrədici videolar hazırlayan və Azərbaycan dilindəki məzmunların inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva öz fəaliyyətlərinə görə mükafatlandırıldılar.

Mükafatlandırma mərasimindən sonra qonaqlar Dreamland Baku Golf Villas & Residences-də yerləşən Sabis Sun Beynəlxalq məktəbi ilə tanış oldular. Orada yerləşən qolf mərkəzinə gedərək, təlimçilərin köməyi ilə ilk qolf təcrübələrini yaşadılar. Sonra isə Dreamland-də yerləşən villalara gedərək 

Tədbir həzin caz sədaları altında,şam yeməyi və networking ilə davam etdi.

Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru  Dreamland Baku Golf Villas & Residences, rəsmi telekom tərəfdaş isə Bakcell şirkətidir. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir. Tədbirin lentə alinması və qonaqların rəsmlərinin çəkilməsi Gravity.inc komandasına aiddir. Photo ARTillery isə yerindəcə qonaqların rəsmlərini çəkib,çap edərək onlara bu gündən maraqlı xatirə qalmasını təmin etdi.











OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı