06:05 Cümə, 24 Yanvar 2020
İDMAN

“Hər şey göz qabağında idi” - Emin Mahmudov

19:11, 17.07.20194338
“Hər şey göz qabağında idi” - Emin Mahmudov

"Səfərdən 3:0 hesablı yaxşı nəticə ilə gəlmişik. Buna rəğmən, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq”.

Bu fikirləri "Neftçi”nin kapitanı Emin Mahmudov Bakıda Moldovanın "Sperantsa” klubuyla Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.

 

Təcrübəli yarımmüdafiəçi  "Bakcell Arena”da təşkil olunan mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür və rəqib sürpriz edə bilər: "Dünən Moldovada "Saburtalo”ya 0:3 hesabı ilə uduzan "Şerif” səfərdə ilk 10 dəqiqədə 3 top vurmuşdu. Diqqətli olmalıyıq. Rəqib düşərgədə yer alanların hakimlərin bizə kömək etmələri ilə bağlı iddialarına gəlincə, bu haqda danışmaq istəmirəm. Hər şey göz qabağında idi”.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu saat 21:00-da başlayacaq. "Ağ-qaralar” ilk matçda 3:0 hesabı ilə qalib gəliblər. 

 

qafqazinfo


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ