AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadə deyib.
O, dostuna bu sözlərlə vida edib:
"Böyük qəlbli, qızıl əlləri olan, hər vəziyyətdə arxayınlıqla güvənilə bilən sadiq dost haqqında sadəcə xatirələr qaldı. O, gözəllik yarada bilən insan idi. Onun mehribanlığı, səmimiyyəti və daxili gücü onu tanıyan hər kəsin ruhunda iz buraxdı. Cabir nadir bir qəlb sahibi idi - səmimi, etibarlı, sözün ən uca mənasında əsl kişi. Onun varlığında dünya daha mehriban ve daha gözəl olurdu.
Mən ümumi dünyamızın bir parçasını itirdim və onun qoyub getdiyi boşluq çox böyükdür. Amma mənim qəlbimdə onun parlaq təbəssümü, müdrik sükutu, möhkəm çiyni, xoşbəxt gəncliyimiz və çox
məhsuldar, maraqlı kişi həyatımız əbədi qalacaq.
Onun ailəsinə və bütün yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı verirəm. Nurlu xatirəsi əbədi olsun. Allah rəhmət eləsin".
Aysel