Hərarəti olan 3 nəfər imtahana buraxılmadı

Hərarəti olan 3 nəfər imtahana buraxılmadı
SOSİAL
16:12 23.07.2020
789
Dövlət İmtahan Mərkəzi tərəfindən 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib. 

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
OXŞAR XƏBƏRLƏR