“Hərbçilərə ikiqat pul ödənişi məsələsinə yenidən baxılmalıdır”

“Hərbçilərə ikiqat pul ödənişi məsələsinə yenidən baxılmalıdır”
SOSİAL
12:27 23.02.2021
2079
"Döyüş bölgəsində xidmət edən hərbçilərə ikiqat pul ödənişi həyata keçirilirdi. Ancaq hazırda ödəniş həyata keçirilmədiyindən bu məsələ cəmiyyətdə müzakirə edilir. Fikrimcə, bu məsələyə həqiqətən yenidən baxılmalıdır”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentdə deyib. 

O qeyd edib ki, döyüş bölgəsi məsələsiylə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilməlidir: "Hərbçilərimiz çox ağır, mövcud iqlim şəraitində xidmət edirlər. Ona görə də bu məsələylə bağlı qanunvericiliyə də dəyişiklik edilməlidir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı qanun layihəsi müzakirə olunur: "Razılaşmalar əldə edildikdən sonra məsələni parlamentdə müzakirə edəcəyik”.

Qeyd edək ki, dekabr və yanvar aylarında cəbhə bölgəsində xidmət edən hərbçilərin maaşı artımla verilməyib. Məsələylə bağlı Maliyyə Nazirliyi yanvarın 22-də yaydığı açıqlamada bildirmişdi ki, Müdafiə Nazirliyi ilə birgə ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bu barədə Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.

"Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və  maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO