Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə Səhiyyə Nazirliyi və TƏBİB ilə koordinasiyalı iş təşkil edilib.
AZXEBER.COM xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.
"Azərbaycan Ordusunda COVID-19 əleyhinə birinci doza üzrə 88 %, ikinci doza üzrə 72 %, üçüncü doza üzrə isə 8 % hərbi qulluqçuya peyvəndin vurulması təşkil olunub. Qeydə alınmış hər bir COVID-19-a yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinə və dezinfeksiya işləri aparılıb", - o vurğulayıb.