Hərbçini öldürən cinayətkarın videosu yayıldı - VİDEO

DÜNYA
11:15 23.05.2013
1821
CNN Londonda küçənin ortasında hərbçini öldürən şəxslərin videosunu yayıb. Hadisə şahidinin lentə aldığı kadrlarda hücumçulardan biri olan qaradərili gənc onun müraciətinin lentə alınmasını xahiş edir. O, qətli nə üçün törətdiyini açıqlayır və bunun səbəbinin hər gün müsəlmanların öldürülməsi olduğunu deyir."Biz Allaha and içmişik ki, siz bizi rahat buraxmayanacan bu mübarizəni davam etdirəcəyik" - əlləri qan içində olan və bıçaq tutan şəxs belə deyir. O, həmçinin hadisə yerində olan insanları Britaniya hökumətini sıxışdırmağa və ondan öz qoşunlarını çıxarmağı tələb etməyə çağırıb. Qaradərili cinayətkarın kadrları yayıldıqdan sonra polis hücumun Nigeriya kontekstində araşdırılacağını istisna etməyib.Londonda hərbçinin öldürülməsindən sonra polislə "İngiltərəni Müdafiə Liqası"nın fəalları arasında toqquşmalar olub. 100-ə yaxın fəal hərbçinin qətlə yetirildiyi Vuliç rayonunda toplaşaraq, etiraz aksiyası keçirib. Polis ona fişəng atan etirazçılara qarşı dəyənəkdən istifadə etməli olub.

OXŞAR XƏBƏRLƏR