Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? - Ağ Evdən rəsmi açıqlama

Hərbi əməliyyatları dayandıran memorandum necə imzalandı? - Ağ Evdən rəsmi açıqlama
DÜNYA
20:32 15.06.2026
167
İran və ABŞ nümayəndələri iyunun 14-də hərbi əməliyyatların dayandırılması haqqında memorandumu elektron formada imzalayıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens "ABC News" telekanalına müsahibəsində sazişin İranın aktivlərinin dondurulmasının ləğvini nəzərdə tutub-tutmadığı barədə sualı cavablandırarkən bildirib.

"Biz artıq dünən müqaviləni elektron formada imzaladıq və İranın heç bir pulunun dondurulması ləğv edilməyib", - deyə Vens qeyd edib. O əlavə edib ki, ABŞ müqavilənin tam mətnini bu həftə dərc edəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla razılığın əldə olunduğunu bəyan edib.
OXŞAR XƏBƏRLƏR