Hərbi hissədə əsgərlər zabiti döydü

DÜNYA
15:12 29.10.2012
1711
Bu günlərdə Ermənistanın hərbi hissələrinin birində növbəti insident baş verib.
Bu barədə Trend bazar ertəsi Ermənistan mətbuatına istinadən məlumat verir.
Məlumata görə, qəzəblənən zabit əsgərləri sıraya düzərək onları təhqir etməyə başlayıb. Təhqirlərə dözə bilməyən əsgərlər zabiti döyüblər. Baş verən hadisə ilə əlaqədar 4 hərbçiyə qarşı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR