Daxili Qoşunların hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı Hərbi Prokurorluqdan açıqlama verilib.
Hərbi Prokurorluqdan AZXEBER.COM-a bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.