"Əgər erməni əsgəri ölmək istəmirsə..." - Axı biz demişdik

SİYASƏT
14:36 13.04.2021
597

Əfsələddin Ağalarov

 

"Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

***

Vyetnamlılar amerikalıları təbii səbəblərdən sevməzlər. Bunun ən başlıca səbəbi 1 milyondan çox vyetnamlının amerikalılarla müharibədə öz vətənlərini qorumaq üçün canlarından keçmələridir.

Amma iki nəfər, iki amerikalı, iki cəsarətli amerikalıdan başqa.

Onlardan biri Məhəmməd Əlidir.

Tarix 1967. Amerikalılar Vyetnamdakı kommunistlərə qarşı mübarizə aparmaq üçün bu ölkəyə hərbi müdaxilə edirlər. O zamanlarda ulduzu bütün dünyada parıldayan, qaradərili, daş yumruqlu oğlan Məhəmməd Əli sərt açıqlama verir. İslamı qəbul etdiyi üçün daşlanan, qaradərililərin hüquqlarını müdafiə etdiyi üçün az qala rasizmin qurbanı olan Məhəmməd Əli hərbi xidmətə çağrıldığı üçün etiraz edir. O vyetnamlılarla müharibəyə getmir. Bir neçə ay sonra isə Boks Federasiyası Dünya Boks Çempionu ünvanını onun əlindən alır, Amerikanın əyalətlərində belə hansısa yarışa çıxması qadağan edilir. Məhəmməd Əlinin kariyerası bununla bitir.

Tarix yenə 1967. Amerikada gənc aktivist Bill Klinton sərt bir açıqlama verir. O, hərbi xidmətə çağrılmasına görə etiraz edir, Vyetnamla müharibədə iştirak etməyəcəyini bildirir. O dövürlərdə ciddi təzyiqlərə məruz qalsa da, daha sonralar ABŞ-ın prezidenti olur. Və ilk dəfə ABŞ prezidenti kimi 2000-ci ildə Vyetnamın Hanoi əyalətinə səfər edir. Bu həmin Hanoidir ki, amerikalılar burada yüzminlərlə vyetnamlını qətlə yetirmişdilər.

Vyetnamlılar kommunizmi məhv etmək adı ilə Çinin sərhədlərinə qədər gələn yadların gerçək məqsədini bu gün də öz gənclərinə tanıtmaq üçün müharibə muzeyi yaradıblar. Orada amerikalıların vəhşiliyi əks olunub, işgəncə üsulları heykəllərlə canlandırılıb. Amma bu iki nəfər sevilir, adları çəkiləndə sayğı duruşu göstərilir. Çünki, onlar ədalətin və vicdanın nə olduğunu yaxşı bilirdilər.

Bu tarixi faktları niyə yazdım? Əxlaq məsələsinə görə. Əxlaq önəmlidir, vacibdir. Müharibə tarixlərində isə ən önəmli dəyərdir.

***

Bu müharibənin əxlaqlı tərəfində biz var idik. Çünki onlara öncədən demişdik...

İlham Əliyevin 2016-cı ilin aprel döyüşlərindən sonrakı çıxışlarına diqqətlə baxaq. Dövlətin bütün ali toplantılarında, beynəlxalq diplomatik görüşlərdə o bu sözü dəfələrlə deyib. Usanmadan, yorulmadan: "Əgər erməni əsgəri ölmək istəmirsə...”

Əgər Erməni əsgəri ölmək istəmirsə bizi dinləməliydi, ciddiliyimizi anlamalıydı. Amma Erməni xalqının içindən iki nəfər belə çıxıb "mən ölmək istəmirəm” demədi. Çünki onlardan nə bir Məhəmməd Əli, nə də Bill Klinton çıxa bilməzdi. Səbəbi sadədir. Xəstə və kiflənmiş ideologiya. İndi xəstə ideologiya ilə preslənmiş boş başlar yerini boş dəbilqələrə buraxır.

 

 

OXŞAR XƏBƏRLƏR