Hərbi xidmətdən yayınanlara VACİB XƏBƏR

Hərbi xidmətdən yayınanlara VACİB XƏBƏR
SOSİAL
22:36 21.12.2023
2451
Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.

Bəs qəbul olunan yeni qərarların hədəfi nədir?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a deyib ki, yeni dəyişikliklər hərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq:

"Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbul olunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədar olan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 ilə qaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbi xidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdik ki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlı çıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha da müasir və güclü ordu yetişdirməyi hədəfləyir”. Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyini deyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılması belə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlarda kifayət qədər həbslər olub: "Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəli gəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdır və s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial Müdafiə Nazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzləri var. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”. Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isə Referans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var:

"Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsində hərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununla da sona çatacaq. Heç kim nəinsə müqavilində hərbi xidmətdən yayına bilməyəcək. Heç kim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hər hansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çox çətin və müşqül bir məsələ olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi