Hərəkətlərilə insanları təşvişə salan "Prius" sürücüsü saxlanıldı - Sən demə... - VİDEO

Hərəkətlərilə insanları təşvişə salan "Prius" sürücüsü saxlanıldı - Sən demə... - VİDEO
SOSİAL
20:28 14.10.2023
855
Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovu AZXEBER. COM-un sorğusuna cavab olaraq bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb.

Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR