“Hərəsi milyardı yığıb altına qaçıb gizlənib” - Deputatdan şok açıqlama

“Hərəsi milyardı yığıb altına qaçıb gizlənib” - Deputatdan şok açıqlama
SİYASƏT
13:12 08.09.2019
16836
Son vaxtlar ilginc açıqlamaları ilə diqqət mərkəzində olan Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, "Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində hakim partiyanın funksioneri bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra "qeyb”ə çəkiliblər. "Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?!”, S.Novruzov eks-məmurlara sərt ritorika ilə xitab edib.

YAP rəhbərliyində təmsil olunan komitə sədri zamanı xatırladıb ki, vaxtilə həmin eks-məmurların törətdiyi əməllərə, yol verdikləri qanunsuzluqlara görə hakim komanda hədəf olub:

"Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!""

S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək şok ittiham irəli sürüb:

"Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”. YAP rəsmisi daha sonra bəyan edib: "Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”

"Bu xəbərdarlıq və ittihamlar konkret olaraq kimə, yaxud kimlərə ünvanlanıb”, sualınaa cavabında isə S.Novruzov yenə də israrla ad çəkməyib:

"Mən konkretləşdirmək istəmirəm. Amma keçmişdə nazir vəzifəsində işləyiblər, yerinə yeniləri gəlib, onları nəzərdə tuturam. O insanlar ulu öndərə, cənab prezidentə minnətdar olmalıdır ki, neçə illər ərzində bu dövlətin naziri kürsüsündə oturub. Amma bu gün onlar tamam başqa yol tutublar. Nə səsləri çıxır, nə sorağı. Dövlətin sizə borcu var idi? Sən dövlət yaratmısan?! Dövləti biz yaratmışıq, mübarizə ilə. Xalq hərəkatında olmuşuq, müharibələrdən keçmişik, digər işləri görmüşük. Sən də gəlib oturmusan, dövlətin naziri olmusan. Nazirlikdən çıxandan sonra elə bil ki, küskün bir adam kimi çəkilib qırağa. Atan vermişdi sənə, ya adına yazılmışdı bu vəzifə?!”

S.Novruzovun sözlərindən belə məlum olur ki, eks-nazirlər hakim partiya ilə də əlaqə saxlamırlar:

"Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də...var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq”.

Maraqlıdır, sabiqlərdən konkret olaraq hansı mənada mövqe tələb olunur? Onlar nə etməlidirlər?

S.Novruzov: "Dövləti, dövlətçiliyi, milləti, Prezidenti və Birinci vitse-prezidenti, ailə üzvlərini müdafiə ilə bağlı mövqe tələb olunur. Təbii ki, onların müdafiəyə ehtiyacı yoxdur. Amma mən onların mövqeyini öyrənmək istəyirəm. Bilmək istəyirəm ki, siz kimin yanındasınız?!”

Hakim partiyanın icra katibinin müavini sabiq məmurlarla bağlı faktlarının olduğunu bir daha israrla bildirib:

"Mən heç vaxt əsassız yerə danışmamışam, danışmıram da. Mənim konkret məlumatlarım var. O gün prezidentlə bağlı əsassız iddia irəli sürdülər. Mən bu iddianın müəlliflərindən birinə dedim ki, əsassız məlumatdır, səhər cənab prezidentin özü ilə danışmışam, belə iddialar səsləndirmək yaxşı deyil. Amma iddialarını davam etdirdilər, ancaq çox keçmədi ki, saxta məlumat yaydıqları məlum oldu. Yəni mən bilirəm nə deyirəm. Mən bir daha çağırış edirəm, göstərin ki, siz kimin tərəfindəsiniz? Özü də hamısına deyirəm: atan-baban sənə bu vəzifəni verməyib. Bu vəzifəni sənə ulu öndər verib, cənab prezident verib. Bunun hesabına da sən çox şeylər əldə etmisən! Odur ki, onlara müraciət edirəm, çıxsınlar ortaya mövqelərini bildirsinlər!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu