Hərracda dollar qalxsa da, banklarda düşür

İQTİSADİYYAT
16:23 21.02.2017
3132

Hərracda Dollar bahalaşsa da Banklar dolların alış və satış qiymətini qaldırmadılar, əksinə bir neçə bank Dolları ucuzlaşdırıb.

1 Dolların alış qiymətini NBC Bank 1.75 manatdan 1.7350 manata endirib, NikoylBank alış qiymətini 1.75 manatdan 1.74 manata, satış qiymətini isə 1.84 manatdan 1.83 manata, Bank BTB alış qiymətini 1.79 manatdan 1.75 manata endirib.

PAŞA Bank isə Dolların alış qiymətini 1.7350 manatdan 1.74 manata qaldırıb.

Xəbər verdiyimiz kimi, 21 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7447 səviyyəsində formalaşmışdır.

 
//Marja.az

OXŞAR XƏBƏRLƏR