Həsən Həsənov vəfat etdi - FOTO

Həsən Həsənov vəfat etdi - FOTO
SOSİAL
12:33 07.04.2021
45187

Azərbaycanın əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib.

O uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib.

1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Özfəaliyyət teatr kollektivinin rəhbəri” fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidmət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub. Burada bir neçə əsərdə baş rolun ifaçısı olub. Sabit Rəhmanın "Toy” komediyasında Surxay, Həsən Seyidbəylinin "Sən nə üçün yaşayırsan?” pyesində professor Səməd və s. rolları canlandırıb.

1976-cı ildə Mirzə ağa Əliyev adına İncəsənət İnstitutunun Mədəni Maarif fakultəsinə daxil olub, 1981-ci ildə institutu bitirib.

Həsən Həsənov 40 illik sənət fəaliyyəti dövründə müxtəlif yerlərdə çalışıb. 1977-1983-cü illərdə Faxralı kənd orta məktəbində musiqi müəllimi işləyib. 1981-1986-cı illərdə A.S.Puşkin adına Tiflis Pedaqoji institutunda "Azərbaycan dili və ədəbiyyat kafedrası"nda "İncəsənət Tarixi"ndən mühazirələr oxuyub. 1986-1988-ci illərdə Bolnisi rayonu Cəfərli kənd Mədəniyyət evində direktor vəzifəsində çalışıb. 1988 ci ildə Marneuli şəhər Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə təyin olunub. 1990-cı ildə Gürcüstandan Azərbaycana gəlib. Elə həmin ildə Bakı şəhərində Term zavodunda klub müdiri, altı aydan sonra həmin zavodun Mədəniyyət sarayında bədii rəhbər vəzifəsində çalışıb.

Həsən Həsənov 1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Gənclər teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında dirketor vəzifəsində çalışıb. 2009-cu ildə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrında direktor vəzifəsində çalışıb. 2013-cü ildə "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər teatr direktoru" seçilib və qızıl medalla təltif olunub.

2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəri olub. 3 may 2011-ci idə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. //Report.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı