Həsrətin gözümdən daşır - ŞEİR

Həsrətin gözümdən daşır - ŞEİR
KÖŞƏ
02:11 03.05.2012
2180

Sədaqət Əhmədova HƏSRƏTİN GÖZÜMDƏN DAŞIR

Sənə demişdim ki, ağlamaram mən,

Bir gün, üz çevirib, gedəsi olsan...

Selə-suya dönüb daşır gözümdən

Həsrətin – qəlbimə sığmadığından!

Sənə demişdim ki, dərd çəkməyəcəm,

Dağ çəkəcəm mənə dərd çəkdirənə...

Sənsizlik ulayır sənsiz – sübhəcən,

Sənsizlik dağ çəkir “dərd çəkməyən”ə!

Sənə demişdim ki, ardınca baxsam,

Gözlərim kor olsun, qulaqlarım kar...

Gözlərim tor tutub – naxışları sən,

Qulağımda yalnız sənin səsin var!

Sənə demişdim ki, geriyə dönsən,

Qapını üzünə bağlayacağam –

Özün də bilirsən, dönmək istəsən,

Qəlbimi taybatay saxlayacağam...

OXŞAR XƏBƏRLƏR