"Həyat sevgili olduğumuz günlərdəki kimi keçmir" - İradə
MAQAZİN
12:30 19.04.2016
1334
Müğənni İradə İbrahimova ailə qurmasından 7 il ötdüyünü bildirib.AZXEBER.COM-un məlumatına görə, ifaçı həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:"Bu gün bizim 7 ilimizdir. Yaxşı gündə, pis gündə, xəstəlikdə, sağlıqda bərabər olacağımıza söz vermişdik. Həqiqətən də həyat hər zaman sevgili olduğumuz günlərdəki kimi keçmir. Evlənəndə etdiyiniz andlar nə qədər vacib imiş. Hər ikimizin ailəsində itkilərimiz, cənazələrimiz, doğumlar, toylar, üzüntülər, xoşbəxtliklər yaşayarkən həm sevgimizi böyütdük, həm də özümüz böyüdük. Ana-ata olduq, çoxaldıq, rəngləndik, daha da zənginləşdik. İnşallah əl-ələ hüzurla yaşlanaq".