Həyat səviyyəsi ən yüksək olan ölkə

Həyat səviyyəsi ən yüksək olan ölkə
MARAQLI
09:40 14.12.2011
2289

Avropa Birliyinin statistika xidməti (Avrostat) Avropa Birliyi ölkələrində həyat səviyyəsi ilə bağlı reytinq cədvəlini açıqlayıb. “Telegraph” qəzetinin məlumatına görə, birinci yeri Lüksemburq tutub. Şəhər-dövlətin ardınca Böyük Britaniya, Almaniya, Niderland və Avstriya var.

Hesabata görə, Lüksemburqda həyat səviyyəsi Avropa Birliyi ölkələrinin orta göstəricisindən 50 faiz artıqdır. Böyük Britaniyada isə bu rəqəm 21 faiz təşkil edir.

Reytinqin hazırlanmasında əsas meyar əhalinin fərdi istehlaka, o cümlədən, vətəndaşların istifadə etdiyi mal və xidmətlərə (pulu onların və ya dövlətin ödəməsindən asılı olmayaraq) sərf etdiyi vəsait olub.

Böyük Britaniya reytinq cədvəlində ona görə ikinci yeri tutub ki, bu ölkədə səhiyyə və təhsil kimi sosial xidmətlərə görə xərci əsasən dövlət çəkir.

//Ans Press

OXŞAR XƏBƏRLƏR