Əməkdar artist Tünzalə Ağayeva son zamanlar iddialı geyimlər sərgiləməsinə sosial media hesabında cavab verib.
O, paylaşdığı statusla onun dəyişimini qəbul edə bilməyən insanlar eyham vurub:
"Sən qadınsan. İşin, peşəkarlığın, ailən - bir sözlə, həyat tərzin qadın olmağına maneə deyil, əksinə, tam da motivasiya etməlidir. Əgər sən öncə əyninə özgüvən libasını geyinəcəksənsə, başqalarını deyil, özünü çox yaxşı tanı, mənfi-müsbətlərinlə özünə maksimum bələd ol və yola çıx. Özünə gedən yolda sükanı rahat və doğru saxla, yol sənindir”.
///Axşam.az