Həyat xilas edən axtarış itlərinə necə təlim keçirilir?

MARAQLI
16:19 13.02.2023
380
Meksikadan Adıyamana gələn komandanın axtarış-xilasetmə iti Proteo dağıntı işləri zamanı həyatını itirərkən, Meksika mətbuatı axtarış-xilasetmə itlərinə necə təlim keçirilməsindən yazıb.

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Meksikadan Adıyamana gələn qrupun axtarış-xilasetmə iti Proteo dağıntılar üzərində aparılan araşdırmalar zamanı həyatını itirib.

Proteo axtarış-xilasetmə işləri çərçivəsində Meksikadan Türkiyəyə gələn 16 itdən biri olub.

Bu xəbər böyük kədərə səbəb olsa da, Meksikada nəşr olunan "El Financiero” qəzeti axtarış və xilasetmə itlərinin necə və nə qədər vaxta öyrədilməsi lazım olduğunu yazıb.

Meksika Müdafiə Nazirliyinin nəzdində yetişdirilən bu itlərə 3 aylıq olanda mikroçip vurulur və şəxsiyyətləri silinir. İtlər 4 aylıq olduqdan sonra axtarış-xilasetmə qruplarına inteqrasiya edilərək təlimə başlayırlar və bir yaşı tamam olana qədər təlimləri davam edir.

Daha sonra itlər orduda müxtəlif ixtisaslara bölünür. Bu ixtisaslardan biri təbii fəlakətlər zamanı insanların xilas edilməsini əhatə edir.

Proteonun sahə təlimçisi və məsul zabiti Villeda itin ölümündən sonra bunu deyib: "Mən səninlə fəxr etdiyimi demək istəyirəm, çünki sən həmişə güclü, çalışqan, heç vaxt təslim olmayan bir it olmusan. Təəssüf ki, mənimlə geri dönə bilməyəcəksən, səni həmişə xatırlayacağam. Ümid edirəm ki, bütün Meksika sizi həmişə xatırlayacaq, sizi heç vaxt unutmayacaq. Bir gün yenə görüşəcəyik”.

Ayşən

OXŞAR XƏBƏRLƏR