Həyat yoldaşı və 2 övladını öldürən “Laska” ləqəbli şəxsin qohumları danışdı – TƏFƏRRÜAT

Həyat yoldaşı və 2 övladını öldürən “Laska” ləqəbli şəxsin qohumları danışdı – TƏFƏRRÜAT
SOSİAL
11:33 10.06.2017
1478
Mingəçevirdə kişi həyat yoldaşı və və 2 övladını öldürüb.

ARB TV xəbər verir ki, qətl ötən gün axşam saatlarında baş versə də hamı Nəsimi küçəsi 31 ünvanındakı hadisədən bu gün xəbər tutub.

Beləki Mingəçevir şəhər sakini "Laska” ləqəbli Lazım Hüseynov iki az yaşlı övladını eləcədə həyat yoldaşını qətlə yetirib.

Təranə Yusifova (Lazım Hüseynovun bacısı): "Səhər çörək almağa maqazinə gedirdim. Onda gördüm qardaşımın qapısından polislər çıxdı. Qorxdum ki, görən qardaşıma nə olub. Polislərdən soruşdum dedilər ki, qardaşın arvad uşağını öldürüb”.

57 yaşlı Lazım Hüseynov öncə 33 yaşlı həyat yoldaşı Aynurə Hüseynovanı avtomat silahla qətlə yetirib. Daha sonra iki az yaşlı övladı oğlu 2-ci sinif şagirdi 9 yaşlı Hüseyni və 5 yaşlı qızı Mədinəxanımı çoxsaylı bıçaq zərbələri ilə amansızcasına öldürüb.

Nazim Hüseynov (Lazım Hüseynovun qardaşı): "Qabaq da tutulubdu, iki dəfə iş alıbdı. Axırıncı dəfə ölüm üstə 8 il iş alıbdı. Bir nəfərlə çəkişib, onu öldürüb”. 

Tamara Yusifova (Lazım Hüseynovun qohumu): "Oğlan türmədən çıxmış adam idi. Sonra gəlib ailə qurmuşdu. Yaşıyırdılar, iki uşağı da var idi. Nə biz onlara getmirdik, nə də onlar bizə gəlirdilər”.

Aynurə Hüseynovanın bibisi: "Gəldim gördüm qardaşım evdə təkdi. Soruşdum ki, evin cammatı hanı. Bilmirəm, məndə səhərdən onları gözləyirəm. Cammatdan öyrənmişəm ki, hadisə belə olub”.

Lazım Hüseynov səhər saatlarında özü hüquq mühafizə orqanlarına könüllü təslim olub və ilkin ifadəsində cinayəti boynuna alıb. Dərhal hadisə yerinə Mingəçevir şəhəri polis idarəsi və prokrorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı oradan avtomat gilizləri aşkar olunaraq götürülüb. Avtomat və uşaq qanına bulaşıq bıçağın yeri sonradan əməliyyatçılar tərəfindən müəyyən edilərək götürüb.

Elnur Səmədov Mingəçevir Şəhər Prokrorunun böyük köməkçisi: "Qısqanclıq zəmnində həyat yoldaşından şübhələndiyini, başqa şəxs və ya şəxslərlə münasibətdə olduğunundan öldürmüşdü. Ehtimal olunur ki, yəqin ki, şübhələnir uşaqlar da özündən deyil çox güman ki, o məqsədlə ilkin ifadəsi hazırda odur. Silahı ilkin ifadəsində bildirdiyinə görə 1992-ci ildə Qarabağ müharibəsi iştirakçısı olub. Elə həmin vaxtdan özündə saxlayıb. Biz hadisə yerindən 4 ədəd giliz içi dolu daraq tapmışıq. Hazırda o istiqamətdə tədbirlər davam etdirilir”.

Qətlə yetirilən qadın və iki övladının meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə aparılıb və müayinədən sonra adiyyatı üzrə təhfil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda 120.2.7 və 228.1 maddələri ilə cinayət işi açılıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO