‘Həyat yoldaşımın ildə 1 dəfə başqası ilə birlikdə olmasına icazə verirəm’

DÜNYA
10:48 16.07.2013
3347

Rus basketbolçunun xanımı maraqlı açıqlama ilə çıxış edib

“Həyat yoldaşımın ildə 1 dəfə başqası ilə birlikdə olmasına icazə verirəm”. Bu maraqlı açıqlamanı rus basketbolçu Andrey Krilenkonun xanımı Mariya Lopatova bildirib. ANS PRESS-in “Hüriyyet”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “Brooklyn Net” klubu ilə ötən həftə müqavilə imzalayan basketbolçu ilə bağlı məşhur pop ulduz Mariya Lopatovanın 2006-cı ildə “Salt Lake Tribune” qəzetinə verdiyi müsahibə yenidən gündəmə gəlib. O zaman Lopatova müsahibəsində qadağan olan şeylərin hər zaman daha çox arzulandığını bildirib: “Xüsusən kişi idmançılar onlara təqdim edilən şeyləri qəbul etməyə meyllidirlər. Eyni şey uşaqlara da aiddir. Məsələn, mən uşağıma “Pizza olmaz” desəm o Pizza istəyəcək”. Lopatovanın həyat yoldaşı Krilenkoya verdiyi bu 1 gecəlik icazəsinin məqsədi, idmançının işi ilə əlaqədar ilin 7 ayının dünyanın müxtəlif yerlərində olarkən şorgözlük etməsinin qarşısını almaqdır. Loptova həmçinin qeyd edib ki, bu razılaşma birtərəflidir. Amma bu bir gecə xaricində həyat yoldaşının başqa əlaqələrini qəbul etməyəcək.

OXŞAR XƏBƏRLƏR