5 aylıq həyat yoldaşını öldürən kişinin ifadəsi hər kəsi təəccübləndirib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Akçakale rayonunda Ahmet Uzun adlı şəxs 5 aylıq həyat yoldaşını tüfəngdən açdığı atəş nəticəsində öldürüb. Həyat yoldaşını səhvən vurduğunu deyən Ahmet Uzunun dindirilərkən verdiyi ifadə hər kəsi təəccübləndirib.
O, ifadəsində həyat yoldaşının gözünə canavar kimi göründüyü üçün onu vurduğunu deyib: "Son vaxtlar evdən çoxlu göz muncuğu və ərəb hərfləri ilə yazılmış yazılar tapırdım. Sanki bizə cadu etmişdilər. Hadisə baş verən gecə də yanımda uzanan həyat yoldaşımı canavar kimi yatdığını gördüm. Canavarın məni öldürəcəyini düşünərək onu öldürdüm".
Hadisə ilə bağlı araşdırma aparılır.
Günel