Boşanma üçün nəzərdə tutulan məhkəmədən sonra V.K. (45 yaş) adlı şəxs həyat yoldaşı D.K.-nı uşaqlarının gözü qarşısında bıçaqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kahramanmaraş bölgəsində baş verib.
Belə ki, boşanma prosesində olan D.K. və V.K səhər saatlarında məhkəmə binasında keçirilən iclasda iştirak ediblər. D.K təxirə salınan iclasdan sonra məhkəmə binasından çıxaraq yolu keçmək istəyərkən, əri V.K. yanına gəlib.
Mübahisə zamanı V.K uşağının gözü qarşısında bıçaqla hücum edib. Bədənində çoxsaylı bıçaq zərbələri ilə ağır yaralanan D.K. qan içində yerə yıxılan zaman, əri hadisə yerindən qaçıb.
Xəstəxanaya yerləşdirilən D.K.-nın səhhətinin ağır olduğu bildirilib.
Oksana