“Həyata baxış tərzim anamı qorxudur” - Çingiz Mustafayev

“Həyata baxış tərzim anamı qorxudur” - Çingiz Mustafayev
MAQAZİN
17:57 05.03.2018
2645
Müğənni Çingiz Mustafayev evsizlik ucbatından anası ilə aralarında mübahisə yarandığını deyib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda Xəzər TV-də yayımlanan "Evin olsun” verilişində deyib: "Həyata baxış tərzim bir az başqadır. Mənim elə də bahalı arzularım yoxdur. Bu barədə həmişə anamla yola getmirik. Həmişə deyir sənə ev lazımdı, evlənməlisən və s. Bu kimi fikirlər anamı çox qorxudur. İstəyirəm 1 il bir ölkədə, iki il başqa ölkədə yaşayım. Ev olsa adam sanki bağlanır.
 
Çingiz keçdiyi çətin günləri də dilə gətirib: "İnsanı ancaq bədbəxtçilik xilas edir. Bu günə kimi nə qazanmışamsa onu keçdiyim çətinliklərə borcluyam. İşıqsız, qazsız vı internetsiz keçirtdiyim günlər yalnız gitara da məşq edirdim. Ona görə o günlərə borcluyam”.
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR