"Həyatım boyu belə axmaq il olmayıb"

"Həyatım boyu belə axmaq il olmayıb"
İDMAN
17:01 01.07.2020
2430
"Bütün idman növləri hazırda çox çətin vəziyyətdədir". 

Bunu "Report"a açıqlamasında İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov deyib. 

Hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi olan 85 yaşlı mütəxəssis idmançıların uzun müddət onlayn məşq etdiklərini bildirib. Məmmədov bunun idmançılara pis təsir edəcəyini vurğulayıb: "Onlayn məşqlə axı nə etmək olar? Hazırda ölkədə xüsusi karantin rejimi iyulun 5-dəkdir, daha iki həftə uzatmaq istəyirlər".

Federasiya rəsmisi bir həftə ərzində 3 veteran idmançının rəhmətə getdiyini söyləyib: "Milli Olimpiya Komitəsində işləyən Çingiz Şamilovu da itirdik. Bu gün onun 3 mərasimidir. Evdən çıxmaq üçün isə 2 saatlıq vaxt var. Kim gedə bilər? Gör nə pis vaxta düşür ki, camaat rəhmətə gedir. Basdırmaq da mümkün olmur".

İdman Veteranları İttifaqının sədri Tokio Yay Olimpiya Oyunlarının da pandemiyaya görə təxirə salındığını xatırladıb: "Avqustun 2-də 85 yaşım olacaq. Hələ ki, həyatım boyu belə axmaq il olmayıb. Bilinmir ki, bu zəhrimar virus bu il bitəcək ya yox. Bilmirsən dərdini kimə deyəsən. Biri deyir virus həqiqətdir, biri deyir yalandır. Amma, doğrudan da, virus var. Eşitdiyimə görə, Atletlər Kəndinə aparılmış xəstələrə deyiblər ki, oranı boşaldın, evinizdə sağalın, təzə xəstələr gələcək. Belə şey olar? Əgər, doğrudan da, belədirsə, evdəkiləri də xəstələndirə bilərlər axı. Bu vəziyyətdə insanlar heç idmanı fikirləşə bilmir".

Məmmədov koronavirusdan qorumaq üçün bütün tədbirləri gördüyünü sözlərinə əlavə edib: "Mənim oğlum və nəvələrimin hamısı Bilgəhdə bağdadır, mən isə şəhərdəyəm və təkəm. Əsas odur ki, maska taxıram və qorunuram". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi
14:21 05.06.2026
Müctəba Xamenei 2000-dən çox məhkumu əfv etdi