Həyatın mənasını bu yaşda anlayacaqsınız - Heç bir kitabda olmayan sirr

MARAQLI
21:18 14.12.2019
4076
Bir çox gənc insanların həyatın, dünyanın, yaşamın mənasını və bu dünyada missiyalarının nə olduğunu tapmaq üçün səyləri, araşdırmaları və bu mövzuda kitablar oxuması mənasızdır. Alimlər bildirir ki, bu düşüncələr insana stress və ümidsizlikdən başqa bir şey vermir.

Həyatın mənası hər insan üçün fərdidir, o, 60 yaşında insana özü gəlir.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, Kaliforniya universitetinin alimlərinin bu mövzuda apardıqları elmi araşdırmanın nəticələri belə düşünməyə əsas verib.

Professor Dilip Ceste 3 illik araşdırması boyu 21 -98 yaş arası, 1000-ə yaxın insan arasında sorğu keçirib.
Sorğunun məqsədi: həyatın mənasını axtaranlar hansı nəticəyə gəlib və onu tapıblarmı?

Bundan əlavə sorğu iştirakçılarının fiziki, psixi, sosal durumları da qeydə alınıb.

Nəticələr, həyatın anlamını axtaran, buna vaxt, düşüncə sərf edən insanların bu baxımdan daha çox stresə uğradığını, psixi və fiziki sağlamlığına zərbə vurduğunu, eləcə də əqli fəaliyyətinə mənfi təsir etdiyini sübut edib.

"Bir çox insanlar dünya, yaşam, öz həyatının, ruhunun mənasını, missiyasını fəlsəfi anlamda yozmaq, tapmaq üçün illərini sərf edir. İllər keçir, bəlli yaşa çatandan sonra insan bu axtarışın mənasız olduğunu anlayır və böyük depressiyaya düşür.

İnsan sadəcə yaşaması, həyatda olması ilə barışarsa, özünü daha yaxşı, gümrah, pozitiv hiss edib, həm həyat keyfiyyətini, uğurlarını, həm də sağlamlığını artırmış olar- deyə professor Ceste izah edir.

Heç bri şey etməsəniz belə, 60 yaşında həyatın mənası faktiki olaraq öz-özünə aydın olur. Bu yaşda artıq çox insanlar həyatın mənasını axtarmağı dayandırır, sakitləşir, çünki bu cavab onda var.

"Biz gənc olanda, karyera, iş, təhsil, ailə ardıyca qaçırıq, gələcəyimizdən və özümüzdən əmin deyilik. Daxilimizdə çox nigaranlıq var. Ona görə bütün bu qarmqarışıqlıq içində bəzən nəyə görə yaşadığımızı anlamağa çalışırıq.

45-50 yaşda artıq həyatımızda stabillik yaranır və həyatın mənası kimlər üçünsə karyerada, kimlər üçünsə ailədə qərarlaşır.

60 yaşında bu proses pik nöqtəsinə çatır. Bu yaşdan sonra ətalət, susqunluq. təqaüd və getdikcə çox şeylərdən uzaqlaşma dövrü gəlir. İnsan artıq heç özünün kim olması barədə düşünmür. Sağlamlıq problemləri, ailə vəziyyəti, itkilər onu dünyadan soyudur. Bu zaman həyatın mənasının bu illər ərzində can atdıqları olmadığını anlayırlar. Hər şeydən irəlidə, vacib özləri olduğunu görürlər. Bundan sonra isə vacib deyil, artıq çox şey keçmişdə qalır.

60 yaşına çatdıqda da həyatı dərk etmə bütün insanlarda eyni olmur. Amma fakt budur ki, həyatım mənasını məhz o yaşda özün anlayacaqsan"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

17:59 06.08.2020

“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil

17:55 06.08.2020

Azərbaycana xaricdən 215 həkim gətirilib

17:53 06.08.2020

Sərdar Ortaç Ağamirzənin "Ana" qəzəlini dedi - VİDEO

17:51 06.08.2020

Mikayıl Cabbarov: “Valyuta məzənnəsi tam sabitdir, xarici və daxili dövlət borcu artmayıb”

17:42 06.08.2020

Baş Nazir: "Azərbaycanda yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq"

17:35 06.08.2020

190 manat kimlərə veriləcək? - Nazirlikdən açıqlama

17:24 06.08.2020

Çempionlar Liqası bərpa olunur

X Mostbet