"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edildi

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edildi
SİYASƏT
18:30 08.07.2023
499
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncamda əsasən, İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, həmçinin xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsili üçün "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilir.

Müəyyən olunur ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı 2024—2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində verilir. Azərbaycanın hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının verilməsi qaydasını və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, hər il may ayının 1-dən gec olmayaraq, bu Sərəncamın 1.1-1,4-cü bəndləri üzrə təhsil qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirməlidir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə əcnəbilərin təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və 2024-2025-ci tədris ilindən başlayaraq həmin ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının dövlət büdcəsindən bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin ödənilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:46 11.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO