Heydər Əliyev Fondu daha bir “Aprel şəhidi”nin ailəsini sevindirdi - FOTO

Heydər Əliyev Fondu daha bir “Aprel şəhidi”nin ailəsini sevindirdi - FOTO
SOSİAL
15:59 18.12.2019
2590

"Aprel şəhidi” Nurlan Abdullazadənin ailəsinə tikilən ev təhvil verilib.

AZXEBER.COM xəbər verir ki, "Aprel döyüşləri"ndə şəhid olmuş evin tək oğlu Nurlan Abdullazadənin ailəsi yaşadığı evin yararsız halda olması ilə bağlı "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə müraciət edib.

Bildirilib ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən yeni ev tikilərək, şəhidin ailəsinə təhvil verilib.

Şəhid Nurlan Abdullazadənin ailəsi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Qeyd edək ki, məlumat "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin "Facebook" səhifəsində yayılıb.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR