Heydər Əliyev Fondunun vitse-prezidenti beynəlxalq forumda iştirak edir

Heydər Əliyev Fondunun vitse-prezidenti beynəlxalq forumda iştirak edir
SOSİAL
14:38 10.12.2018
2433

Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir. 

AZXEBER.COM-un məlumatına görə, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edir.

"Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum "Energetika və aqrar texnologiyaların gələcəyi”, "Aqrar və yaşıl enerji üçün texnologiyalar”, "Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, "Siyasətin təsiri”, "Yeni innovativ ekosistemlər”, "Fermerlər üçün seksiya”, "Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, "Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, "Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq