“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”

“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
SOSİAL
11:58 02.10.2026
109
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Heydər Əliyevin hakimiyyətdə olmadığı dövrdə Azərbaycanda baş verən proseslərə, o cümlədən Qarabağda separatizm meyllərinin güclənməsinə toxunub.

"Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın”

Dövlət başçısının fikirləri həmin dövrdə ölkədəki siyasi vəziyyəti, Qarabağda separatizm meyllərinin yaranmasına təsir edən amilləri və Heydər Əliyevin bu proseslərə mümkün təsirini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli bildirib ki, Birinci Qarabağ müharibəsi dövründə ölkədəki zəif idarəetmə və siyasi təcrübəsizlik proseslərə ciddi təsir göstərib:

"Birinci Qarabağ müharibəsi dövrü də çox çətin bir dövr idi. O dövrdə torpaqlarımızın işğal altında olması, müəyyən səbəblər, Qarabağda separatçı meyllərin güclənməsi, həmin dövrdə zəif idarəetmə, istər Əbdürrəhman Vəzirovun, istər Ayaz Mütəllibovun müxtəlif, bir çox hallarda yanlış addımları, siyasi iradəsinin zəifliyi və dövlətçilik təcrübəsinin kifayət qədər olmaması öz təsirini göstərdi".

Alim hesab edir ki, həmin dövrdə Heydər Əliyevin ölkə rəhbərliyində olması proseslərin fərqli istiqamətdə inkişafına səbəb ola bilərdi:

"Xüsusilə də o dövrdə çox mühüm bir mərhələ idi. Həmin dövrdə əgər Heydər Əliyev Azərbaycanın rəhbəri vəzifəsində olsaydı, vəziyyət fərqli ola bilərdi. Çünki Heydər Əliyevin çox böyük təcrübəsi var idi. Biz bilirik ki, o, 1960-cı illərdən 1980-ci illərə qədər Azərbaycan SSR-in birinci katibi olub. Söhbət yalnız birinci katib olmaqdan getmir. Onun böyük tarixi, siyasi və dövlətçilik təcrübəsi var idi. Bu baxımdan Heydər Əliyevin məhz həmin dövrdə vəzifədə olması, yəni Azərbaycan rəhbərliyində olması, Azərbaycanın gələcəyi üçün fərqli, müsbət mənada fərqli bir yol izləməsinə səbəb ola bilərdi. Ancaq həmin dövr çox mürəkkəb idi. O dövrün şərtləri altında Heydər Əliyevin birinci rəhbər olması mümkün olmadı və bu məsələ müəyyən müddət ərzində reallaşmadı".
 
 

Türkoloq-alim qeyd edib ki, həmin dövrün mürəkkəbliyi nəzərə alınmadan baş verən proseslərə qiymət vermək düzgün olmaz:

"Dövrün ağırlığı da nəzərə alınmalıdır. Elə bir vəziyyət yaranmışdı ki, orada hər hansı rəhbərin həmin vəziyyətdən çıxış yolu tapması asan deyildi. İstər separatçılıq məsələləri olsun, istər Ermənistanla gedən müharibə, istərsə də digər məsələlər olsun, bütün bunlar çox mürəkkəb proseslər idi. Bu baxımdan biz deyə bilərik ki, vaxtında Heydər Əliyev kimi təcrübəli, dünyagörüşü və siyasi biliyi dərin olan bir siyasətçinin, dövlət xadiminin rəhbər olması sonrakı bir çox ağır məsələlərin yaranmasının qarşısını ala bilərdi. Ancaq hər halda bu reallıq baş verdi. Buna baxmayaraq, biz bilirik ki, Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra mümkün olan nə varsa etdi. Azərbaycanın yerdə qalan torpaqlarının qorunması, eyni zamanda Ermənistanla atəşkəsin bağlanması, separatçılığa meyil göstərənlərin bir çoxunun zərərsizləşdirilməsi istiqamətində addımlar atıldı".

Alim əlavə edib ki, həmin dövrdə qəbul edilən qərarlar sonrakı illərdə Azərbaycanın həyata keçirdiyi siyasətə də təsir göstərib:

"Bütün bunlar gələcək üçün, yəni indiki dövr üçün mühüm əhəmiyyət daşıdı. İkinci Qarabağ müharibəsinin başlaması və cənab Prezident İlham Əliyevin apardığı siyasət, istər xarici siyasət, istərsə də müharibənin gedişində atılan aktiv addımlar öz müsbət nəticəsini verdi. Bütün bunlar onu göstərir ki, vaxtında atılan addımlar üçün böyük təcrübə, böyük siyasi bilik, dövlətçilik ənənələrini dərindən bilmək, xalqın mahiyyətini və məntiqini dərindən anlamaq çox önəmlidir. Bu baxımdan biz bu məsələləri hərtərəfli aydınlaşdırmağa və dəqiqləşdirməyə borcluyuq".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
12:25 02.10.2026
“Qələbə, diplomatiya, enerji...” – Azərbaycanın beynəlxalq nüfuzunun sirri nədir?
Nailə Kələntərliyə vəzifə verildi
12:18 02.10.2026
Nailə Kələntərliyə vəzifə verildi
Ruhiyyə Rəfiyeva işdən çıxarıldı
12:16 02.10.2026
Ruhiyyə Rəfiyeva işdən çıxarıldı
Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi
12:15 02.10.2026
Həyat yoldaşını döyən tanınmış rəqqasa cinayət işi açıldı - məhkəməyə verildi
Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR
12:08 02.10.2026
Sumqayıtda məktəblilər bundan zəhərlənib - FOTOLAR
İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
12:00 02.10.2026
İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
11:58 02.10.2026
“Heydər Əliyev həmin dövrdə rəhbər olsaydı...”
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
11:41 02.10.2026
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
11:39 02.10.2026
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
11:36 02.10.2026
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
11:31 02.10.2026
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:26 02.10.2026
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"
11:25 02.10.2026
"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"