Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib

Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib
SOSİAL
12:25 28.07.2023
178
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə Fərmanın 1-ci hissəsinin "İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” və "Tahir Salahov – Xalq rəssamı” abzasları ləğv edilib.
OXŞAR XƏBƏRLƏR