Heydər Əliyev Sarayı ilə “Davam” arasında memorandum imzalandı - FOTO

GƏNCLİK
15:01 22.02.2021
1555
Bu gün Heydər Əliyev Sarayı və "Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov qonağı salamlayaraq 1972-ci ildə qapılarını tamaşaçıların üzünə açan, öz qurucusu Ümummilli Liderin adını daşıyan tarixi səhnə, tarixi sənət məbədi Heydər Əliyev Sarayı haqqında ətraflı məlumat verib. Ulu Öndərin 1-ci hakimiyyəti dövründə iqtisadi-siyasi, mədəni-kütləvi tədbirlərin, qurultayların məhz Heydər Əliyev Sarayında keçirildiyini və Sarayın fərqli repertuarına görə digər mədəniyyət ocaqları arasında özünəməxsus yeri olduğunu bildirdi. Sarayın direktoru qeyd etdi ki, bu gün dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti aparılır və gənclərin Respublikamızın ictimai-siyasi və mədəni həyatında daha fəal iştirakı üçün yüksək şərait yaradılmışdır. İstedadlı gənclərimizin xaricdə təhsil almağa göndərilməsi və ümumiyyətlə bütün gənclərimizin problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər möhtərəm prezidentimiz İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gənclərə olan böyük diqqət və qayğısının sübutudur.
 
Ramil Qasımov çıxışının sonunda "Davam Gənclər Hərəkatı” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini və gələcəkdə istər ölkə daxilində və istər xaricində istedadlı və yaradıcı gəncləri üzə çıxararaq peşakar, müasir, kreativ gənclər kimi yetişdirilməsində və işlə təmin olunmasında mühüm rolu olacağını və bu istiqamətdəki fəaliyyətlərində onlara uğurlar, yeni-yeni nailiyyətlər arzu etdiyini diqqətə çatdırdı.
 
"Davam Gənclər Hərəkatı” İctimai Birliyinin sədri Nihad Allahyarlı da öz növbəsində qeyd etdi ki, tarixə nəzər saldıqda Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə bütün ictimai-siyasi, mədəni tədbirlərin bu möhtəşəm Sarayda baş tutduğunu və onlar üçün bunun çox böyük mənəvi dəyər və əhəmiyyət daşıdığını vurğuladı. Həmçinin, Heydər Əliyev Sarayı və "Davam Gənclər Hərəkatı” İctimai Birliyinin yaxın zamanda birgə müxtəlif, yeni layihələr ərsəyə gətirəcəklərini nəzərə çatdırdı.
 
Nihad Allahyarlı sonda göstərilən yüksək diqqətə görə Heydər Əliyev Sarayının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
 
Daha sonra Heydər Əliyev Sarayı və "Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında peşakar əlaqələri möhkəmləndirilməsi, ictimai-siyasi, mədəni proseslərdə fəal iştirak edərək, yeni və maraqlı layihələrə imza atılması, milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi qoruyaraq ölkəmizdə aparılan islahatlar prosesinə töhfə verilməsi, layihələrin işlənib hazırlanması, müxtəlif tədbirlər, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.
 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir