Marin Le Pen: Biz müharibələrə qoşulmayacağıq

Marin Le Pen: Biz müharibələrə qoşulmayacağıq
DÜNYA
03:29 26.10.2026
175
Fransa prezidentliyinə namizəd Marin Le Pen ölkəsinin hərbi gücünü artıracağını, lakin fransız hərbçilərini başqa ölkələrin müharibələrində iştirak etmək üçün göndərməyəcəyini bildirib.

O, bu barədə Orleanda keçirilən "Milli Birlik” partiyasının qurultayında danışıb.

Le Pen hakimiyyətə gələcəyi təqdirdə Fransanın müdafiə qabiliyyətini gücləndirəcəyini və xarici təhdidlərdən qorunmanı əsas vəzifələrdən biri kimi saxlayacağını bildirib.

O, həmçinin güclü orduya sahib olmağın müharibə aparmaq istəyi demək olmadığını vurğulayaraq, sülhün siyasətin əsas məqsədi olduğunu qeyd edib.

///crossmedia.az///
OXŞAR XƏBƏRLƏR