“Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatının “Ömrün Naxçıvan aşırımları” adlı 5-ci cildinin təqdimatı keçirilib

“Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatının “Ömrün Naxçıvan aşırımları” adlı 5-ci cildinin təqdimatı keçirilib
SİYASƏT
22:40 02.12.2013
1140

Elmira Axundova: «Etiraf edirəm: yəqin ki, bütün ömrüm boyu»

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yazıçı-publisist, millət vəkili Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatının “Ömrün Naxçıvan aşırımları” adlı 5-ci cildinin təqdimatı keçirilib.Romanın sənədli əsasını on ilə yaxın gərgin zəhmət, Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş təşkil edir. Kitabda xeyli sayda az məlum olan fakt, epizod, eksklüziv informasiya yer alıb.Qeyd edək ki, Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundovanın “Naşirin qətli” (2001), “Həqiqət anları” (2003), “Şüşə saray” (2007) kitabları da ulu öndərin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirir.Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, kitabda onun da xatirələri yer alıb: “Mən bilməzdim ki, vaxt gələcək bu xatirələr kitabda nəşr olunacaq. Ulu öndərlə bağlı çoxlu xatirələrim var. Mən hər gün o xatirələrlə yaşayıram. Onun şəxsiyyətinə olan hörmətim daha çox böyüyür”.F.Heydərovun fikrincə, yalnız fakt və sənədlərə əsaslanan bu roman gələcək nəsillər üçün unikal masaüstü kitab olacaq.Kitabı başdan-başa oxuduğunu deyən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, ulu öndər Heydər Əliyev haqqında bu vaxta qədər çoxlu kitablar yazılsa da, onların bu kitab qədər elmi və faktoloji əsasları olmayıb: “Müəllif kitabda heç bir şərh verməyib. Yalnız faktları təqdim edərək nəticə çıxarmağı oxucunun ixtiyarına buraxıb”.Onun sözlərinə görə, kitab 1990-1993-cü illəri – Azərbaycanın ən çətin vaxtlarını əhatə edir: “Ö dövrdə indi özlərini demokrat adlandıranlar konstitusiyaya dəyişiklik etdilər ki, 65 yaşdan yuxarı şəxs prezident seçilməsin. Bu, məhz Heydər Əliyevə qarşı edilmişdi. Əgər Heydər Əliyev 1992-ci ildə prezident seçilsəydi, Azərbaycan indikindən də çox inkişaf etmiş ölkə olardı”.Tədbirdə Heydər Əliyevlə bağlı xatirələrini bölüşən deputat Mixail Zabelin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran və digərləri də çıxış edərək kitab haqqında müsbət rəy verib və onun bundan sonra yazılacaq digər kitablar üçün mühüm mənbə olacağını bildiriblər.Müəllif Elmira Axundova isə qeyd edib ki, onun Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət verib: “Bəzən məndən soruşurlar: “Siz Heydər Əliyev haqqında nə qədər yazacaqsız?” Mən də etiraf edirəm: yəqin ki, bütün ömrüm boyu. Heydər Əliyev elə bir nadir şəxsiyyətdir, onun taleyi o qədər unikaldır ki, onu publisistikada əks etdirməyə son dərəcə yüksək məsuliyyətlə yanaşmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
23:58 07.07.2025
“Şamaxı” isveçrəli futbolçunu transfer etdi
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər