“Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətdir” - Erkin Qədirli

“Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətdir” - Erkin Qədirli
SİYASƏT
18:08 17.07.2019
3229

"ReAl” partiyasının xarici əlaqələr katibi Erkin Qədirli mərhum prezident Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ildönümü ərəfəsində bununla bağlı öz feysbuk hesabında status paylaşıb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, E.Qədirli qeyd edib ki, insanlar, bir qayda olaraq, müasirləri olduqları, içində yaşadıqları gedişatlara, öz gözlərilə gördükləri hadisələrə üzgörənliksiz, qərəzsiz yanaşa bilmirlər: 

"Bunu hamıdan yaxşı hüquqşünaslar bilirlər, ona görə də şahidlərin ifadələrini nəinki özlüyündə yetərli sübut saymırlar, əksinə, şahidlərin ifadələrinə şübhə ilə yanaşırlar, çünki şahidlərin öz maraqları olur, onlar hadisələri öz faydalarına görə yoza bilirlər.

 

Eyni zamanda həm hüquqşünas, həm siyasətçi olmağın çətinliklərindən biri də buradan qaynaqlanır. Bir qayda olaraq, bu iki peşədən biri o birinə qurban verilir. Çətin seçimdir. Maks Veberin siyasəti bir məslək və bir peşə kimi iki yönə ayırması da kara gəlmir.

Siyasət elm deyil, orada obyektiv olmaq olmur. Napoleon məşhur riyaziyyatçı alimi, Pyer Laplası, Fransanın Daxili İşlər naziri vəzifəsinə təyin etmişdi. Laplas, ona gələn əməliyyat məlumatlarının üzərində "riyazi baxımdan sübutu mümkün deyil” yazıb geri qaytarırdı. Napoleon onu bir neçə həftədən sonra vəzifədən çıxarmalı oldu.

Tarixi şəxsiyyətlərə olan münasibət də, hadisələrə olan münasibət kimi, dəyişə bilir. Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətlərimizdəndir. Bu, ona olan münasibətdən asılı olmayaraq belədir. Heydər Əliyevin hakimiyyətə gəlməsi (1969-da və 1993-də) tarixi hadisələrdir. Bu hadisələrin müasirləri olduğumuzdan bir-birimizə heç nəyi sübut edə bilməyəcəyik, çünki bu günümüzlə bağlı mübahisələrdə keçmişəyönəlik arqumentlərə ehtiyacımız vardır, keçmişi isə bu gün yaşadığımız problemlərin işığında görürük. Praktik ağıl ancaq belə işləyə bilir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
18:39 19.03.2026
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
18:33 19.03.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
Anar Əliyevin müavinlərinin sayı artırıldı
18:24 19.03.2026
Anar Əliyevin müavinlərinin sayı artırıldı
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
18:21 19.03.2026
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
18:20 19.03.2026
"Borussiya" Ceydon Sançonu geri qaytarmaq üçün danışıqlara başlayıb
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb
18:09 19.03.2026
"Ferrari" Yaxın Şərqə tədarükü dayandırıb