Binəqədi rayonunda yerləşən 283 nömrəli tam orta məktəbdə "Heydər Əliyev və müstəqil Azərbaycan" və "Heydər Əliyev və gənclik" adlı silsilə tədbirlər keçirilib.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı arasında razılaşdırılmış tədbirlər planına uyğun olaraq 13 dekabr
2017 – ci il tarixində Binəqədi rayonu 126, 143, 283№ - li tam orta məktəblərinin XI sinif şagirdləri ilə "Ümummilli Lider Heydər Əliyev və gənclik” layihəsi çərçivəsində seminar keçirilib.
AZXEBER.COM xəbər verir ki, seminar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan 283№ - li tam orta məktəbin direktoru Tünzalə Zeynalova "Ulu Öndər Heydər Əliyev irsi və gənclik” mövzusunda təşkil edilən seminarların mahiyyətindən, dahi şəxsiyyətin dövlətçilik, azərbaycançılıq ideologiyalarının, həyat və fəaliyyətinin gənc nəslə ötürülməsi və təbliğ edilməsinin əhəmiyyətindən danışdı.
283№ -li tam orta məktəbin tarix müəllimi Rəhilə Heydərli "Ulu Öndər Heydər Əliyevin Azərbaycanda II dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusu ilə Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolundan geniş və əhatəli şəkildə məruzə etdi.
Məruzə zamanı Ulu Öndərin keçdiyi tarixi yol haqqında videçarx nümayiş etdirildi. Məruzəçi çıxışının sonunda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev irsini daha dərindən öyrənməyi və özlərinin həyat yolunda bir nümunə kimi götürməyi şagirdlərə tövsiyə etdi.
Eyni zamanda məktəbdə Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndərin irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə X və XI sinif şagirdləri arasında "Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda intellektual oyun keçirilib. Yarışda məktəbin şagirdləri fəal iştirak edib.
Birinci mərhələdə "Turan", "Qurtuluş", "Ümid körpüsü", "Cocuq Mərcanlı" olmaqla 4 komanda yarışa başlayıb. Reqlamentə uyğun olaraq 20 sual səsləndirilib.
Suallar ətrafında maraqlı diskussiya baş tutub.
İkinci mərhələdə hər komandadan bir nəfər Ulu Öndərin xatirəsinə həsr edilmiş məruzə səsləndirib.
Tədbirin sonunda fəal iştirak edən komandalar və məruzəçilər mərhələlər üzrə məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif ediliblər.
İkinci mərhələdə hər komandadan bir nəfər Ulu Öndərin xatirəsinə həsr edilmiş məruzə səsləndirib.
Tədbirin sonunda fəal iştirak edən komandalar və məruzəçilər mərhələlər üzrə məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif ediliblər.