Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti

Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti
SİYASƏT
12:48 15.06.2023
614
Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev ictimai-siyasi və şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaratdı və onun gələcək inkişaf istiqamətlərini müəyyən etdi.
XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafını və təbliğini həmişə diqqətdə saxlayır, bu sahədə çalışanlara yüksək qayğısını heç vaxt əsirgəmir, ötən yüzilliklərdə yaşayıb-yaratmış ədib və filosoflarımızın yaradıcılıqlarının tədqiq edilməsi və nəşri istiqamətində daim müvafiq addımlar atır. 
Hələ sovet dönəmində Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən ölkənin o zamankı Prezidenti Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini bildirmişdi. Ulu öndərin istəyini yerinə yetirərək onu Hələbə gətirirlər, çətinliklə də olsa, şairin qəbrini tapırlar və Heydər Əliyev məzarı ziyarət edir. Böyük rəhbərimiz bununla bağlı demişdir:

 Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. 
Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir.
Azərbaycan ədəbiyyatı tarixinə nəzər yetirərkən, demək olar ki, bütün şair və yazıçıların əsərlərində öz vətəninə, xalqına, millətinə rəğbət və sevginin şahidi oluruq. Xalqın arasından çıxan hər bir sənətkar mənsub olduğu xalqa, vətənə bağlı olur və öz yaradıcılığında onların vəsfinə yer verir. Yaradıcılıq dövrü XX əsrin II yarısını əhatə edən Məmməd Araz poeziyasının vətəninə, xalqına bağlılığı isə bir başqadır.
Yəni "Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir”. Onun şeirlərinin hər misrasından vətəninin hər bir çiçəyinin ətri, çaylarının şırıltısı, quşlarının cikkiltisi gəlir, xalqının ruhu duyulur. Buna görə də onun şeiriyyatı xalqı tərəfindən həmişə yüksək dəyərləndirilmiş, sevilmiş və mahnılar bəslənilərək dillər əzbəri olmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də məhz Məmməd Araz poeziyasına vurğunluğu heç də bir təsadüf deyildir. Bildiyimiz kimi, Heydər Əliyev hər zaman xalqına, vətəninə, millətinə bağlı, qəlbi həmişə xalqı ilə döyünən bir Lider olmuşdur. Bu mənada, onun xalqını, vətənini vəsf edən şair və yazıçılara da böyük hörməti var idi. Bu fikri onun Azərbaycan ədəbiyyatı tarixində yazıb-yaradan şair və yazıçılara böyük qayğıkeşlik, xüsusi diqqət göstərməsi, onların əksəriyyətinin yaradıcılıqlarını sevə-sevə mütaliə etməsi, çıxışlarında yeri gəldikcə onlardan sitatlar deməsi ilə əsaslandırmaq olar. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır.


Naftalan şəhər sakini Rövlan Heydərov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb