"Heydər Əliyev xalqımızı ağır bəlalardan xilas etdi" - Deputat

"Heydər Əliyev xalqımızı ağır bəlalardan xilas etdi" - Deputat
SİYASƏT
11:58 12.12.2025
553
Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin anım günüdür. Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna xidmətləri ilə yadda qalan Heydər Əliyevin vəfatından 22 il keçir. Ölkə üzrə müxtəlif dövlət qurumları, ictimaiyyət nümayəndələri və vətəndaşlar onun xatirəsini ehtiramla yad edir, Fəxri Xiyabanda anım mərasimləri keçirilir. 

Heydər Əliyev yalnız bir dövrün siyasi lideri deyildi, Azərbaycanın sərt sınaqlardan keçdiyi zamanlarda sabitlik axtaran gözlərin ümid yerinə çevrilmiş bir şəxsiyyət idi. Tarixin ən çətin anlarında öndə dayanmağın məsuliyyətini öz çiyinlərində daşıyan, dövlətçilik ideyasını yalnız kağız üzərində deyil, xalqın yaddaşında və iradəsində möhkəmləndirən bir insan idi. Onun adı çəkiləndə təkcə bir insan deyil, bütöv bir düşüncə tərzi yada düşür: soyuq başla verilmiş qərarlar, uzağı görən baxış, çətinlikdən çıxış yolu tapmaq bacarığı. Bu gün onun xatirəsi yalnız tarix kitablarında deyil, formalaşmış dövlət ənənəsində, güclənmiş idarəçilik mədəniyyətində, sabaha inam hissində yaşayır. Heydər Əliyev haqqında danışanda yalnız "bu gün”ün anımını yox, bir millətin illərlə qoruduğu yaddaşını danışmış oluruq.

Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini böyük faciələrdən xilas edib: 

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərini bir sözlə ifadə etmək lazım gəlsə, xilaskar sözü ən doğru ifadə olar. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini böyük faciələrdən xilas etdi və ölkədəki anarxiyaya son qoydu. Xaosu aradan qaldırdı və Azərbaycan dövlətini vətəndaş müharibəsinin girdabından çıxara bildi. Separatizmin kökünü kəsdi. Çünki həmin dövrdə Azərbaycanın cənubunda qondarma Talış-Muğan Respublikası yaradılmış, şimalında isə "Sadval” adlı separatçı təşkilat fəaliyyət göstərirdi. Bir tərəfdən də İranın Azərbaycana qarşı təzyiqləri artmışdı. Çünki Xalq Cəbhəsi-Müsavat cütlüyünün yaratdığı siyasət həm ölkəni daxildə siyasi böhrana sürükləmiş, həm də İranla münasibətləri kəskin şəkildə korlamışdı. Rusiya tərəfindən gələn təzyiqlər, digər tərəfdən Ermənistanın işğalçılıq siyasəti daha da genişlənirdi.

Bütün bu böyük problemlər qarşısında Ulu Öndər Heydər Əliyev böyük fədakarlıq nümayiş etdirdi, Azərbaycanın nicat yolunu göstərdi və şəxsi qabiliyyəti, istedadı sayəsində xalqımızı ağır bəlalardan xilas etdi”.

Deputat vurğulayıb ki, Heydər Əliyevin gördüyü işlər misilsizdir:

"Ulu Öndər həm 1969–1982-ci, həm də 1993–2003-cü illərdə – ictimai-siyasi şəraitlərdə ölkəyə rəhbərlik etsə də, hər iki dövrün əsas oxşarlığı onun Azərbaycan xalqına və vətənə fədakar xidmət göstərməsi idi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan Sovetlər Birliyində ən geridə qalmış respublikalardan biri olmaqdan çıxaraq inkişaf etmiş respublikalar sırasına yüksəldi. 1981-ci ildə ölkədə 402 min ton buğda məhsulları, 1 milyon 151 min ton pambıq, 1 milyon 616 min ton üzüm istehsal edildi. Bu, çox yüksək nəticələr idi. Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu da uzaqgörən siyasətin bariz nümunəsi idi. Tarixi Zəfərimizi əldə edərkən həmin məktəbin məzunu olan zabitlər və generallar ordumuzun əsas dayaqlarından oldular və böyük hərbi uğurlar qazandılar. SSRİ-nin 50-dən çox şəhərindəki universitetlərə 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı tələbə göndərildi. Ulu Öndər 1969-cu ildə rəhbərliyə gələndə Azərbaycan gənclərinin ittifaq üzrə nüfuzlu ali məktəblərdə oxuyanlarının faizi 40 idi, lakin 1982-ci ilə qədər bu rəqəm 97,16 faizə yüksəldi. Bu tələbələr sonradan yüksək ixtisaslı kadr kimi yetişdilər. Onların bir qismi həmin şəhərlərdə qaldı və bu gün Azərbaycan diasporunun fəal təbəqəsini təşkil edirlər. 1993-cü ildə xalqımız böyük bir fəlakətlə üz-üzə qalmışdı, ölkədə xaos hökm sürürdü. Xalqın təkidli tələbi ilə Ulu Öndər yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətinin gələcək inkişafı məhz bu dönüş nöqtəsindən başladı. Bu tarixi qayıdış Azərbaycanın bütün uğurlarının təməlində dayanan əsas səbəb oldu. Ulu Öndərin ən böyük xidmətlərindən biri qısa müddətdə nizami ordu formalaşdırması idi. O ordu 1993-cü ilin dekabrı – 1994-cü ilin yanvarında məşhur Horadiz əməliyyatını həyata keçirdi. Horadiz şəhəri və 22 kənd işğaldan azad edildi və bununla Ermənistan məcbur olub atəşkəs sənədini imzaladı.

1994-cü il "Əsrin müqaviləsi”nin imzalanması isə ölkəmizin sürətli inkişafının əsasını qoydu. Neft müqavilələri ilə Azərbaycanın enerji sektoruna milyardlarla dollar sərmayə cəlb edildi və ölkəmiz sürətlə inkişaf etməyə başladı”.

Parlamentari qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın azad olunması idi:

"O, həm diplomatik sahədə Azərbaycanın mövqelərini möhkəmləndirdi, həm də ordu quruculuğunu strateji hədəf kimi müəyyənləşdirdi. Nəticədə Azərbaycanın beynəlxalq mövqeləri gücləndi. Bu gün Azərbaycan xalqı Ulu Öndərin xatirəsinə ucaldılmış heykəlin qarşısında ehtiramla dayanır. Onun cismani yoxluğuna kədərlənsə də, xalqımız bir həqiqətə inanır ki, Heydər Əliyev özündən sonra elə bir varis qoyub gedib ki, o, Ulu Öndərin həyata keçirə bilmədiyi arzuları gerçəkləşdirib. Prezident İlham Əliyev bu gün tarixi şəxsiyyətdir. O, Azərbaycan torpaqlarının işğalına son qoydu, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, erməni separatizmini tamamilə aradan qaldırdı. Bu gün Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız dalğalanır. Şuşanın 2020-ci ilin 8 noyabrında azad edilməsi ilə tarixi Zəfərimiz təmin edildi. Bu il Zəfərin 5-ci ildönümündə yenidən Azadlıq meydanında hərbi parad keçirildi. Bu parad bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi və eyni zamanda Türkiyə və Pakistan kimi müttəfiqlərimizin möhkəm həmrəyliyini göstərdi. Azərbaycan bu gün Ulu Öndərin arzularını gerçəkləşdirir”.

E.Nəsirov bildirib ki, Azərbaycan gündən-günə inkişaf edir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu siyasətini davam etdirir və qarşımızda yeni hədəflər var. Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində sistemli və genişmiqyaslı işlər görülür. 
Azərbaycan iqtisadiyyatı güclənir, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Bütün uğurlarımızın əsasında isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev siyasətinə sədaqət dayanır.  Məşhur mahnıda deyildiyi kimi, "Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, Azərbaycan dövləti var, Heydər Əliyev də həmişə yaşayacaq.” Hər bir azərbaycanlının qəlbində Ulu Öndərin əbədi bir heykəli ucalır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib
22:35 10.03.2026
Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib