Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkəmiz parçalanmaq təhlükəsindən qurtuldu. Yaxın tariximizdə baş qaldıran separatçı meyllər ölkəmizi faktiki olaraq dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz belə bir məqamda yalnız zəngin siyasi təcrübəyə malik şəxsin hakimiyyətə gəlməsi xalqımızı bu fəlakətdən xilas edə bilərdi və bu baş verdi. Azərbaycan sürətli inkişaf yolu götürdü, regionun lider dövlətinə çevrildi.
Tarixə ekskurs etsək görərik ki, o zaman 91 ölkə ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək, onu Bakıya dəvət etdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümumilli Lider Azərbaycan xalqının, o zamankı dövlət rəhbərliyinin, şəxsən Prezident Əbülfəz Elçibəyin və bu bəyanata imza atan ziyalıların çağırışı ilə Bakıya qayıtdı və Azərbaycanı düşdüyü bu çətin vəziyyətdən xilas etdi.
Məşhur 91-lərin məlum müraciətindən 26 il ötür. Hazırda onlardan bəziləri dünyasını dəyişib. AZXEBER.COM bu əlamətdar hadisənin ildönümü ərəfəsində dünyasını dəyişən 91-ləri yad etmək məqsədilə onlarla bağlı xatirə yazısı hazırlayıb.
Akademik Ziya Bünyadov Sovet İttifaqı qəhrəmanı, Quranı Azərbaycan dilinə ilk dəfə tərcümə edən alim, Yeni Azərbaycan Partiyasının sədr müavini olub. 1997-ci il fevral ayının 21-də 73 yaşında yaşadığı binanın qarşısında qətlə yetirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Fərəməz Maqsudov 30 iyul 2000-ci ildə 70 yaşında vəfat edib.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev 21 fevral 1997-ci ildə 73 yaşında vəfat edib.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, akademik Məmmədtağı Cəfərov 1 iyul 2007-ci ildə 61 yaşında vəfat edib.
Azərbaycan ədəbiyyatının parlaq simalarından olan xalq şairi Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də 66 yaşında vəfat edib.
Görkəmli dövlət xadimi, Milli Məclisin sabiq sədri, professor Murtuz Ələsgərov 7 avqust 2012-ci ildə 84 yaşında vəfat edib.
Professor, psixologiya elmləri doktoru Əkbər Bayramov 8 iyul 2017-ci ilində 86 yaşında vəfat edib.
Professor, fəlsəfə elmləri doktoru Həsən Quliyev 24 fevral 2008-ci ildə 66 yaşında vəfat edib.
Professor, fizika elmləri doktoru Fikrət İsmayılov 2015-ci il martın 31-də 81 yaşında vəfat edib.
Sabiq mətbuat və informasiya naziri, YAP-ın sədr müavini Sirus Təbrizli 7 sentyabr 2013-cü ildə 71 yaşında vəfat edib.
Milli Məclisin sabiq deputatı, profesor Zahid Qaralov 7 yanvar 2015-ci ildə 80 yaşında vəfat edib.
Milli Məclisin sabiq deputatı, professor Həsən Mirzəyev 25 fevral 2015-ci ildə 87 yaşında vəfat edib.
Milli Məclisin sabiq deputatı, professor Səfiyar Musayev 6 yanvar 1999-cu ildə 63 yaşında vəfat edib.
4 saylı Bakı Şəhər Xəstəxanasının baş həkimi Əlfəddin Abdullayev 4 sentyabr 2014-cü ildə 85 yaşında vəfat edib.
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı sabiq səfiri Fuad İsmayılov 23 fevral 2011-ci ildə 33 yaşında vəfat edib.
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Faiq Cəfərov 15 avqust 2008-ci ildə 68 yaşında vəfat edib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev 23 fevral 2008-ci ildə 83 yaşında vəfat edib.
Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rəfael Allahverdiyev 11 yanvar 2009-cu ildə 64 yaşında vəfat edib.
// Azər Niftiyev, AZXEBER.COM