Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib - Foto

Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib - Foto
MAQAZİN
23:53 10.05.2018
5001
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilən konsert proqramı keçirilib. Lider TV- nin "7 Gün” verilişinin layihə rəhbəri və aparıcısı Arzu Həmzəyevanın  təşkilatçılığı ilə baş tutan konsert proqramı Yevlaxda, N saylı hərbi hissədə əsgərlər üçün düzənlənib.

Arzu Həmzəyeva və Könül Muxtarovanın aparıcılıq etdiyi konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Konsertdə bir çox məşhurlar da iştirak edib. Xalq artisti Ağadadaş Ağayev, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Şəbnəm Qəhrəmanova, Ruzigar, Elçin, Tərlan Novxanı, Mehdi Masallı, Rəşad İlqaroğlu və Rəhman ailəsinin kiçik nümayəndəsi olan Nuray çıxış edib. Onlar öz mahnıları ilə əsgərlər üçün yadda qalan anlara imza atıblar.

Konsert proqramının davamında hərbi hissənin kəşfiyyatçı dəstəsi Tünzalə Ağayevanın "İgidlər” mahnısının sədaları altında öz fəndlərini nümayiş etdikdən sonra Azərbaycan Respublikasının üç rəngli bayrağını dalğalandırıblar.

Son olaraq göstərilən diqqət və yaradılan şərait üçün minnəttarlığını bildirən "7 Gün” proqramının aparıcıları, Arzu Həmzəyeva ilə Könül Muxtarova Hərbi Hissə komandiri tərəfindən verilən fəxri fərmanla təltif olunub.

"7 gün” verilişinin layihə rəhbəri Arzu Həmzəyeva jurnalistlərə açıqlamasında bəzi məşhurların konsert proqramında çıxış etməkdən imtina etdiyini bildirib: "Mən qalmaqalı sevən insan deyiləm. Məhz bu səbəbdən heç kimin adını açıqlamayacam. Ancaq istəyirəm hər kəs bilsin ki, bu konsert proqramına çoxlu sayda məşhurlar dəvət olunmuşdu. Ancaq onlar özlərinə əziyyət verib, 3 saatlıq yolu gəlmək istəmədilər. Gələnlərə isə təşəkkür edirəm. Azərbaycan torpaqlarının keşiyində dayanan əsgərlərimizi Allah qorusun. Onlarla görüşmək hər birimiz üçün qürurdur”.

Məlumat üçün bildirək ki,  sözügedən konsert proqramı bu gün səhər saatlarında Lider TV-nin efirində yayımlanıb.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Od çərşənbəsidir
00:04 03.03.2026
Bu gün Od çərşənbəsidir
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib