Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTOLAR

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir - FOTOLAR
SOSİAL
10:57 08.05.2022
1139
Naftalanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. 
Yeni Azərbaycan Partiyası Naftalan şəhər  təşkilatı  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü  münasibətilə  "İslam Həsənzadə 22”  ərazi partiya təşkilatı və  Naftalan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatında  ilə birlikdə "Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirib. 
   
Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev irsinin gənc nəsilə təbliğ edilməsi məqsədilə yeniyetmə və gənclərin Naftalan şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmiş, həmçinin, Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə "Azərbaycan adını dünyaya tanıdan dahi – Heydər Əliyev!” mövzusunda açıq dərs keçirilmişdir.
     
Həmçinin,  Naftalan şəhər 280 yerlik  Körpələr evi- Uşaq bağçasında, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə, S.Vurğun adına 2 nömrəli tam rta məktəbdə də tədbirlər keçirilib. Tədbirlərdə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər, dahi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini qeyd edərək  bildiriblər ki, Ulu Öndər Heydər Əliyev körpə fidanların və gənclərin yüksək səviyyədə biliklərə yiyələnməsi üçün Azərbaycanda təhsil sisteminin inkişafına qayğısını əsirgəməmişdir. 

Tədbirdə balacaların ifasında Ulu Öndərə, Azərbaycana həsr olunmuş şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub, məktəblilərin ifasında Ümummilli Lider Heydər  Əliyevə həsr edilmiş ədəbi-bədii kompozisiya dinlənilib, həmçinin, dahi şəxsiyyət haqqında sənədli film nümayiş olunub.
 
Naftalan şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naftalan şəhərində "İntellektual oyunlar klubu"nun fəaliyyəti çərçivəsində  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş intellektual yarış keçirilib. Qalib komanda diplom və hədiyyələrlə təltif olunub. 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu